MAMUL.am
Hay / Հայ | Рус | Eng | Tür
USD 402.56, EUR 440.64, RUB 4.58, GBP 505.01
+6 °C, +6 °C ... +8 °C Yarın:+11 °C
,,Bu gün düşmən olduğumuzu unutmuşdun, bu məktubla bunu xatırlatmaq istəyirəm,,: Armen Koçaryan
20:48, 02.01.2022 | mamul.am
12552 | 2

Düşmənim, salam!
Bu gün düşmən olduğumuzu unutmuşdun, bu məktubla bunu xatırlatmaq istəyirəm. Xalqlarımız arasında baş verənlərdən danışmaq istəmirəm, mənası yoxdur. Mən sülhə də çağırış etmək istəmirəm, çünki belə bir sülhü mən də istəmirəm.
Xatırlatmaq istəyirəm ki, milliyyətimizə baxmayaraq, ikimiz də əsgərik. Mən səni anlayıram, sən də məni, çünki ikimiz də öz ölkələrimizin oğluyuq, ikimiz də öz millətimizin əsgəriyik. Düşünürəm ki, sən də mənim kimi partlayan mərmilərlə ölümün acı dadını hiss etdin, mənim kimi həyatının yaxşı və pis anlarını xatırladın, həyatı daha da sevməyə başladın.
Bu gün müharibədə qalib gəldiniz, bu necə olub da artıq, fərqi yoxur. Mən qalib gələnləri mühakimə etmirəm, çünki biz qalib gələndə sizi bununla barışmağa məcbur edəcəyəm.
Mən bu gün əsgərlərimizə qarşı addımlarınızı görürəm və bir əsgər kimi sizi anlamıram, bunu dərk etməyinizi istəyirəm; Yalan nə qədər şirin olsa da, hər vəziyyətdə dağıdıcıdır, əvvəlcə ətrafınızdakılar, sonra isə özünüzü üçün. Yaydığınız mif sizi dünyada özünüzü bir millət kimi tanıtmaq üçün edilir, sadəcə bu qədər. Ordumuzda fərarilərin olduğunu faktdır, mən bunu inkar etməyə çalışmayacağam, amma xatırlatmaq istəyirəm ki, məhz sizin ordunuz qorxaq və fərari əsgərləri ilə məşhurdur. Bunu mən tarixçilərimizin yazdığı qəhrəmanlıq hekayələri ilə yox, öz gözlərim ilə gördüm.
Bu gün sən millətimin hərbçisinin qulağını kəsirsən, erməni olduğu üçün alçaldırsan. Sən ona bir əsgər kimi baxmağa çalışmısan? Heç fikirləşdin ki, o da sənin də döyüşdüyün müharibədə döyüşür, sizin tərəfinizdə keçdiyin yoldan o da keçir, lakin bizim tərəfimizdə. Heç firkirləşdin ki, onun qulağını kəsməklə məm də sənin qulağını kəsməyi, sənin kimi olmağı fikirləşirəm? Amma məktubumu oxuyandan sonra ən azı ikimizin də bu məsələdə eyni fikirdə olmağımızı istəyirəm. Hərbi rütbəmizə hörmət edək və ən pis halda belə öldürülənlərə və əsirlərə hörmətsizlik etməyək, çünki belə etməklə qələbələrimiz və ya məğlubiyyətlərimiz nə artır, nə də azalır. Tarixdə yazılacaq ki, Azərbaycan bu müharibəni qazandı, ya uduzdu, qalanı isə qəhrəmanlıq haqqında lirik sözlər olacaq.
Sənin gələcəkdə heç nəyin olmayacaq və bu həyatdan bir şey almayacaqsan... və nəsillərinizə isə uşaqlarımızın qisası irs qalacaq. Hər ikimizin mübarizənin ədalətli olduğunu istəyirəm. Bu mübarizə qulaq və ya baş kəsilmədən olsun, ədalətli olsun. Mən müharibədə iştirak etdim, sizin qurbanlarınızın cəsədlərini hörmətlə yanaşdım, onların cəsədləri ilə heç nə eləmədim. İstədiyimiz qədər, illər, əsrlər boyu düşmən olaq, amma bu dünyada olana, nəfəs alanadək, ikimiz də insan olaq.

Arkadaşlarınla paylaş
17:18, 18.03.2024
3068 | 0
13:24, 16.03.2024
92 | 0
11:18, 08.03.2024
1950 | 0
10:00, 06.03.2024
160 | 0
10:00, 05.03.2024
2380 | 0
17:18, 18.03.2024
3068 | 0
yukarı